14:51 04-05-2021
news_image
47
FUTBOL

Valverde koronavirusdan sağaldı – kapitan da Londona aparılır

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Çelsi”nin qonağı olacaq “Real”ın iştirak ərizəsi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Zinəddin Zidan səfərə 23 futbolçu aparır.

Zədə səbəbindən bir aydan çoxdur komandadan uzaq düşən kapitan Serxio Ramos, Madriddəki seçkilərdə iştirak edən Marselo, həmçinin koronavirusdan sağalan Federiko Valverde də iştirak ərizəsində yer alıb. “Kral klubu”nun əsas itkisi Karlos Karvahal və Rafael Varandır.

Qeyd edək ki, sabah keçiriləcək “Çelsi” – “Real” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Madriddəki ilk görüşdə 1:1 hesabı qeydə alınıb.