14:47 04-05-2021
news_image

Lisenziya yarışı üçün heyəti açıqlandı - millimizin

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Tokio Olimpiadasına lisenziya qazandıracaq sonuncu yarışda hər 3 güləş növü üzrə millilərimiz iştirak edəcək.

Yunan-Roma güləşi üzrə mübarizə turnirin son iki günündə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) Sofiyada Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq. Komandamız Bolqarıstana mayın 6-da yollanacaq.

Qeyd edək ki, güləşin bu növündə İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazanıb.