17:17 04-05-2021
news_image
1303
FUTBOL

Azərbaycan klublarına 43 mümkün rəqib – Konfrans Liqasında

Avropa Konfrans Liqasında Azərbaycan klubları ilə görüşə biləcək komandalardan 43-ü bəllidir.

Apasport.az saytının məlumatına görə, ilk dəfə təşkil olunacaq bu turnirdə təmsilçilərimiz II təsnifat mərhələlərindən yarışa qatılacaq.

Azərbaycan kubokunun qalibi, həmçinin çempionatın gümüş və bürünc mükafatçıları həm özləri kimi 2-ci raunddan yarışa qatılacaq, həm də 1-ci mərhələdə oynayacaq komandalarla üz-üzə gələ bilər. I təsnifat mərhələsində oynayacaq 70 klubdan 27-si bəllidir.

Komandalarımızla eyni vaxtda yarışa qoşulacaq 16 iştirakçı da dəqiqləşib. Onlar arasında BATE, “Partizan”, “Aberdin” kimi bir sıra arzuolunmaz rəqiblər var.

Qeyd edək ki, ilk iki mərhələnin püşkü iyunun 15-16-da atılacaq. 

I təsnifat mərhələsi
“Dandolk” (İrlandiya)
“Suduva”     (Litva)
“Klaksvik” (Farer adaları)
“KuPS” (Finlandiya)
“Hafnarfyordur” (İrlandiya)
“Liepaya” (Latviya)
“Hibernians” (Malta)
“Styarnan” (İslandiya)
“Uypeşt” (Macarıstan)
“Puşkaş Akademiyası (Macarıstan)
“Runavik” (Farer adaları)
“Bala Taun” (Uels)
“Qzira” (Malta)
“Breydablik” (İslandiya)
“Jalgiris” (Kaunas, Litva)
RFS (Latviya)
“İnter” (Finlandiya) 
“Panevejis” (Litva)
“Bohemians” (İrlandiya)
“Sliqo Rovers” (İrlandiya)
“Birkirkara” (Malta)
“Valmiera” (Latviya)
“Qaqra” (Gürcüstan)
“Dinamo” (Batumi, Gürcüstan)
“Honka” (Finlandiya)
“Dila” (Gürcüstan)
“Payde” (Estoniya)

II təsnifat mərhələsi
“Astana” (Qazaxlstan)
“Partizan” (Serbiya)
BATE (Belarus)
“Molde” (Norveç)
“Rusenborq” (Norveç)
“Aberdin” (Şotlandiya)
AEL (Kipr)
“Çukariçki” (Serbiya)
“Voyvodina” (Serbiya)
“Valerenqa” (Norveç)
“Haken” (İsveç)
“Elfsborq” (İsveç)
“Tobol” (Qazaxıstan)
“Şaxtyor” (Qazaxıstan)
“Torpedo” (Belarus)
“Rux” (Polşa)