22:34 04-05-2021
news_image
157
FUTBOL

Xavi ilə bağlı qərarını açıqladı - “Əl-Sədd”

Qətərin “Əl-Sədd” klubu baş məşqçisi Xavi Ernandeslə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, komandasını ölkə çempionu edən gənc mütəxəssis gələn mövsüm postunda olmayacaq.

Buna səbəb rəhbərliyin ona yeni müqavilə təklifi etməməsi olub. “Əl-Sədd”in Asiya Çempionlar Liqasında qrupdan çıxa bilməməsi qərarda əsas rol oynayıb. 41 yaşlı çalışdırıcının gələn mövsümdən “Barselona”nı çalışdırması istisna edilmir.

Qeyd edək ki, Xavi Ernandes 2019-cu ildən “Əl-Sədd”ə rəhbərlik edir.