16:59 04-05-2021
news_image
697
FUTBOL

Ən yüksək ödənişli futbolçular – “11-lik”

Dünyanın ən çox maaş qazanan futbolçularından ibarət simvolik komanda açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırma nəticəsində hər mövqe üzrə ən yüksək ödənişli oyunçular seçilib.

3-5-2 sxeminə uyğun qurulan rəmzi “11-lik”də əsasən hücumameyilli oyunçular çoxluq təşkil edib. Komandada ən çox futbolçu ilə təmsil olunan klub “Barselona”dır. Kataloniyalıların 3 üzvü öz mövqeyinin ən çox qazananlarındandır.

Qapıçı: David de Xea
Klubu: “Mançester Yunayted”
Yaşı: 30
Ölkəsi: İspaniya
İllik qazancı: 15 milyon avro

Mərkəz müdafiəçisi: Vircil van Deyk
Klubu: “Liverpul”
Yaşı: 29
Ölkəsi: Niderland
İllik qazancı: 9 milyon

Mərkəz müdafiəçisi: Jerar Pike
Klubu: “Barselona”
Yaşı: 34
Ölkəsi: İspaniya
İllik qazancı: 8,5 milyon

Mərkəz müdafiəçisi: Serxio Ramos
Klubu: “Real”
Yaşı: 35
Ölkəsi: İspaniya
İllik qazancı: 12 milyon

Orta sahə: Pol Poqba
Klubu: “Mançester Yunayted”
Yaşı: 28
Ölkəsi: Fransa
İllik qazancı: 17,3 milyon

Orta sahə: Kevin De Bruyne
Klubu: “Mançester Siti”
Yaşı: 29
Ölkəsi: Belçika
İllik qazancı: 18,4 milyon

Pleymeyker: Neymar
Klubu: PSJ
Yaşı: 29
Ölkəsi: Braziliya
İllik qazancı: 30 milyon

Sol vinger: Qaret Beyl
Klubu: “Tottenhem”
Yaşı: 31
Ölkəsi: Uels
İllik qazancı: 27,5 milyon

Sağ vinger: Lionel Messi
Klubu: “Barselona”
Yaşı: 33
Ölkəsi: Argentina
İllik qazancı: 76 milyon

Hücumçu: Kriştiano Ronaldo
Klubu: “Yuventus”
Yaşı: 36
Ölkəsi: Portuqaliya
İllik qazancı: 31 milyon

Hücumçu: Antuan Qrizmann
Klubu: “Barselona”
Yaşı: 30
Ölkəsi: Fransa
İllik qazancı: 21 milyon