17:13 04-05-2021
news_image
546
FUTBOL

Yığmamızın matçının vaxtı müəyyənləşdi - Türkiyə ilə

Azərbaycan millisinin Türkiyə ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Alanyada baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Görüş Alanyadakı Oba stadionunda keçiriləcək.