09:38 09-05-2021
news_image
557
FUTBOL

Cərimə zərbələrinin mahir ifaçıları – son 5 ildə

Son 5 ildə “böyük beşlik” ölkələrində cərimə zərbəsindən ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya “Barselona”nın kapitanı Lionel Messi başçılıq edir.

Ötən həftəsonu “Valensiya” ilə qarşılaşmada standart vəziyyətdən fərqlənən argentinalı superulduz son 5 ildə qollarının sayını 22-yə çatdırıb. O, ən yaxın izləyicisi olan “Sauthempton”un yarımmüdafiəçisi Ceyms Uord-Prouzu 13 top üstələyir.

1. Lionel Messi - 22 qol
2. Ceyms Uord-Prouz - 9 qol
3. Aleksandar Kolarov - 8 qol
4-5. Yaqo Aspas - 7 qol
4-5. Paulo Dibala - 7 qol