17:41 04-05-2021
news_image
163
FUTBOL

Cəmi 2 avroluq turnir – fransalı qazandı

Dünyanın 410-cu raketkası Sara Çakareviç Praqadakı İTF turnirindəki qazancını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, fransalı tennisçi təsnifat mərhələsindəki iştiraka etdiyi üçün 2 avro qazanıb.

Sara bildirib ki, İTF təsnifat mərhələsində uduzduğu üçün ona 45 avro ayırıb. Öncədən 36 avro üzvlük haqqı ödəyən Çakareviç 6,75 avro vergi də verməli olub. 

Ona cəmi 2,25 avro qazanc qalsa da, bunun da hamısını əldə etməyib: “İTF-ə təşəkkür edirəm. Bunun zarafat olmasını istərdim. 3-cü setdə dünyanın 291-ci raketkasına 8:10 hesabı ilə uduzanda belə olur. Hətta sonda 25 sentimi də vermədilər. İTF-ə pulsuz qəhvə üçün təşəkkürlər”.