17:50 04-05-2021
news_image
120
FUTBOL

Azad Rəhimovu xatırladı – Hafiz Məmmədov

“O, vətənini sevən, işgüzar, dövlətinə sadiq bir insan idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı danışarkən deyib.

A. Rəhimovun dünyasını dəyişməsi xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladığını bildirən tanınmış iş adamı başsağlığı verib.

Məmmədov mərhum naziri uzun illərdir tanıdığını vurğulayıb: “Bir neçə il əvvəl Madrid “Atletiko”su ilə əməkdaşlığa başlayarkən məhz Azad Rəhimov dövlət rəsmisi kimi bizə lazımi dəstəyi göstərdi. Hətta səfərlərimizdən birində Madrid şəhərində “Atletiko” klubunun rəhbərləri ilə görüşləri bərabər keçirdik və o işgüzar görüşlərdən çox gözəl xatirələr qaldı. Azad müəllimin xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Azad qardaş, qəbrin nurla dolsun. Ailə üzvlərinə və yaxınlarına, o cümlədən Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Azad Rəhimov ağciyər xərçəngi və qaraciyər serrozu xəstəliyindən müalicə olunduğu ABŞ-da vəfat edib.