21:48 04-05-2021
news_image
249
FUTBOL

Avropa yolu bağlandı - “Qəbələ” və “Səbail”in

Azərbaycan Premyer Liqasında çıxış edən iki klub avrokuboklara vəsiqə şansını rəsmən itirib.

Apasport.az saytının məlumatına görə, buna XXV turun ikinci oyun gününün nəticələri səbəb olub.

“Səbail” və “Qəbələ” Avropa Liqasına vəsiqə qazanmağa nəzəri şansları da qalmayıb. Bu, “Qarabağ”la görüşdə heç-heçə edən “Zirə”nin aktivini 34 xala çatdırmasından sonra reallaşıb.

24 xala malik “Səbail” və “Qəbələ” 3-cü yerdən 10 xal geri qaldığından avrokubok şansı ilə vidalaşıb. Bunda hər iki komandanın, həmçinin onlar üçün əlçatmaz olan ilk “üçlük”dəki komandaların kubokda da mübarizəni dayandırması da rol oynayıb.

Qeyd edək ki, “Neftçi” və “Qarabağ” avrokuboklara vəsiqəni təmin edibsə, digər iki yerə 4 iddiaçı qalıb. Lakin hazırda davam edən görüşdə xal itirsə, “Sabah” da şansını itirəcək.