09:57 05-05-2021
news_image
516
FUTBOL

Moldovalı futbolçusu mövsümü bitirdi – “Keşlə”nin

“Keşlə”nin futbolçusu Yevgeni Koçuk son turlarda böyük ehtimalla komandasına kömək etməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb.

İki həftə əvvəl Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə ilk görüşündə zədələnən moldovalı yarımmüdafiəçinin Premyer Liqanın son 3 turunu buraxması gözlənilir. Buna səbəb kimi, mövsümün sonuna çox az vaxtın qalması və 27 yaşlı orta sahə oyunçusunun bərpa prosesinin sürətli getməməsi göstərilib.

Koçukun ölkə kubokunun mayın 24-də “Sumqayıt”la keçiriləcək final matçında iştirakı da sual altındadır.