10:17 05-05-2021
news_image
288
FUTBOL

Ralli yarışında iştirak edəcək – portuqaliyalı məşqçi

Tanınmış məşqçi Andre Villaş-Boaş ralli yarışı üzrə dünya çempionatında iştirak edəcək.

Apasport.az xəbər verir ki, bu barədə turnirin təşkilatçıları məlumat yayıb.

Mayın 20-23-də keçiriləcək yarışın Portuqaliya mərhələsində avtomobillərdən biri portuqaliyalı mütəxəssis üçün ayrılacaq. “Porto”, “Çelsi” və “Tottenhem”in sabiq baş məşqçisi ralliyə azarkeşlik edir və bu dəfə özü iştirakçı olacaq.

Qeyd edək ki, Villaş-Boaş 2018-ci ildə Dakar rallisində iştirak etsə də, belindəki zədə səbəbindən mübarizəni yarımçıq dayandırıb.