10:35 05-05-2021
news_image
273
FUTBOL

Niderlandlı futbolçu transfer etdi – “Yuventus”

“Malaqa”nın futbolçusu Din Huysen “Yuventus”a keçib.

Apasport.az saytının məlumatına görə, bu xəbəri 16 yaşlı müdafiəçinin atası paylaşıb.

Ölkəsi Niderlandda “yeni de Liqt” kimi çağırılan Huysen Turin klubu ilə 3 illik müqavilə imzalayıb. O, gələn mövsümdən “qoca sinyora”nın U-17 komandasına qatılacaq.

Gənc oyunçu “Real”, “Betis”, “Sevilya”, “Alaves” və “Vilyarreal”ın maraq dairəsində olsa da, İtaliya klubuna keçməyi üstün tutub.