11:40 05-05-2021
news_image
288
FUTBOL

50 faiz endirim – Ronaldodan

İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasına vəsiqə qazanmasa, Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Turin təmsilçisini tərk etməyə hazırdır.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Avropa Liqasında oynamaq istəmir.

Bu üzdən də Ronaldo İngiltərənin “Mançester Yunayted” klubuna keçidə müsbət yanaşır. Futbolçunun agenti Jorje Mendeş artıq bu keçidlə bağlı müzakirələr aparır.

Premyer Liqa klubunun nümayəndələri müzakirələrdə Ronaldonun transferini gerçəkləşdirməyə hazır olduğunu, lakin futbolçunun yüksək maaşını ödəməkdə çətinlik çəkdiyini bildirib. Kriştiano isə maaşının 50 faiz endirilməsinə razılıq verib.

Qeyd edək ki, A seriyasının bitməsinə 4 tur qalmış “Yuventus” 69 xalla “Milan” və “Atalanta” ilə 2-ci yerə şərikdir.