12:05 05-05-2021
news_image
1261
FUTBOL

Araz Abdullayev onu məsləhət gördü – Türkiyə klubuna

“Qəbələ”nin vitse-kapitanı Cavid Hüseynov yenidən legioner həyatı yaşaya bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçinin növbəti dəfə Türkiyədə çıxış etmək variantı yaranıb.

“Qəbələ” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan və yayda komandadan ayrılacağı dəqiqləşən Azərbaycan millisinin sabiq üzvü TFF I liqa təmsilçisi “Boluspor”un maraq dairəsindədir. Bolu təmsilçisinə Cavidi hazırda həmin komandada çıxış edən yığmamızın daha bir keçmiş oyunçusu Araz Abdullayev məsləhət görüb.

Hüseynov yaş və ailə amilinə görə, ölkə daxilində qalmağı üstün tutur. Lakin Premyer Liqa klublarından istədiyi təklifi almasa, qardaş ölkəyə yollanmaq variantını nəzərdən keçirəcək.

Qeyd edək ki, Cavid Hüseynov 2012-ci ilin yayında Türkiyədə “Adana Dəmirspor”a keçib, lakin orada cəmi 6 ay qalıb.