12:31 05-05-2021
news_image
347
FUTBOL

Mourinyonun “Roma”ya təyinatından 13 milyon qazanacaq – “Tottenhem”

Joze Mourinyonun “Roma”ya təyinatına ən çox sevinən “Tottenhem” rəhbərliyidir.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin gələn mövsümdən İtaliya klubunun sükanı arxasına keçməsi londonluları böyük təzminatdan qurtaracaq.

Məsələ burasındadır ki, bu yaxınlarda onu qovan “Tottenhem” 18 aylıq maaşını, yəni 16 milyon funt-sterlinq təzminatı ödəməli idi. Lakin Mourinyonun “Roma” ilə rəsmi müqavilə imzalayacağı gündən bu təzminat maddəsi qüvvədən düşəcək. Bu da “Tottenhem”i sabiq çalışdırıcısına 13 milyon funt-sterlinq ödəməkdən xilas edəcək.

Qeyd edək ki, “Roma” ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayan Joze Mourinyonun illik maaşı 7,5 milyon avro olacaq.