22:03 05-05-2021
news_image
151
FUTBOL

“Het-trik” – “Sabah”ın futbolçusundan

Azərbaycan Premyer Liqasının XXV turunda 6 futbolçu cəzalı duruma düşüb.

Apasport.az saytının məlumatına görə, onlardan ikisi qırmızı, dördü sarı vərəqələr üzündən növbəti turu buraxacaq.

Dünən qarşılaşan “Sumqayıt”la “Sabah” daha çox – hərəyə iki itki ilə üzləşib. Qırmızı vərəqə alan Camaləddin Xocaniyazov kimi Xəyal Nəcəfov da cəzalı durumdadır. O, mövsümdə 8-ci xəbərdarlığına üzülüb.

“Sabah”ın futbolçusu Mario Marina isə özünəməxsus rekord vurub. Mövsümdə 12-ci sarı vərəqəsini alan legioner 3-cü dəfə cəzalı olub ki, belə “het-trik”in ilk müəllifidir. Onun komanda yoldaşı Zurab Oçiqava isə 4-cü sarıya görə istirahət qazanıb.

“Keşlə” Tərlan Quliyevi eyni səbəbdən itirib. Mövsümdə 2-ci qırmızısını alan “Qəbələ”nin legioneri Merab Qiqauri də turu buraxacaq.