13:15 05-05-2021
news_image
485
FUTBOL

Nominal ev sahibi bəlli oldu - Azərbaycan kubokunda

Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. 

Apasport.az-ın PFL saytına istinadən məlumatına görə, tədbirdə qarşılaşmanın nominal meydan sahibi bəlli olub.

Püşkatmada Peşəkar Futbol Liqasının, “Sumqayıt” və “Keşlə” klublarının nümayəndələri iştirak ediblər. PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Sumqayıt” idman direktoru Zamiq Hüseynov, “Keşlə” isə baş menecer Eldəniz Yusubov ilə təmsil olunub. Püşkatmaya əsasən “Keşlə” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu 24 may tarixində "Bank Respublika Arena"da keçiriləcək.