22:43 05-05-2021
news_image
122
FUTBOL

MLS-ə yollanır - David Luis

İngiltərənin “Arsenal” klubunun futbolçusu David Luis karyerasını MLS-də davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçinin xidmətləri iki kluba təklif olunub.

34 yaşlı oyunçunun agenti həmin klublarla müzakirələr aparır. Onun “Arsenal”la müqaviləsi bu yay başa çatacaq.

Qeyd edək ki, İngiltərə klubunun Luisə məşqçi vəzifəsi təklif etdiyi iddia olunur.