15:21 05-05-2021
news_image
305
FUTBOL

“Transfer pəncərəsi”nin vaxtı açıqlandı – Premyer Liqada

İngiltərə Premyer Liqasında yay “transfer pəncərəsi”nin vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, komandalar iyunun 9-dan transferlərini rəsmən təqdim edə bilərlər.

Premyer Liqa klublarına yeni mövsüm öncəsi heyətlərini gücləndirmək üçün 12 həftə vaxt veriləcək.

Transfer üçün son gün isə avqustun 31-i nəzərdə tutulub.