16:25 05-05-2021
news_image
535
FUTBOL

ÇL-in finalına buraxılacaq azarkeş sayını açıqladı – UEFA

Çempionlar Liqasının final matçına azarkeşlər buraxılacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə UEFA qərar verib.

Qitə futbol qurumu İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq həlledici qarşılaşmaya 25 min tamaşaçının buraxılacağını açıqlayıb. Finalda iştirak edəcək komandaların hər birinin 4000 azarkeşi üçün bilet satışı təşkil olunacaq.

Qeyd edək ki, final görüşü mayın 29-da keçiriləcək.