16:38 05-05-2021
news_image
412
FUTBOL

Cəzalar açıqlandı - “Sumqayıt-2” – “Zaqatala” oyununda

Azərbaycan çempionatının I divizionunda baş verənlər AFFA-da müzakirə olunub.

Apasport.az saytının məlumatına görə, assosiasiyanın İntizam Komitəsi qırmızı vərəqələrlə zəngin “Sumqayıt-2” – “Zaqatala” matçı barədə qərarlar verib.

“Sumqayıt-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyundan sonra aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alan Cavid Quliyev 2 oyun cəzalanıb, sumqayıtlılar 160 manat cərimələnib.

Görüş başa çatandan sonra aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alan “Zaqatala”nın oyunçusu Kənan Müslümovun da cəzası eyni olub. Onun komanda yoldaşı Firuddin Mövsümovun aqressiv hərəkətləri isə 4 oyunluq cəza və 320 manat cəriməyə səbəb olub.

Bu qarşılaşmada diktor əsasnamə tələblərini yerinə yetirmədiyi üçün meydan sahibi klub daha 40 manat cərimələnib.