16:41 05-05-2021
news_image
407
FUTBOL

5 oyunluq cəzalandırıldı - “Sabah”ın məşqçisi

Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” ilə keçirilən oyunda qırmızı vərəqə alan “Sabah”ın rəsmi şəxsi Miloş Yevtiç cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, AFFA İntizam Komitəsi adıçəkilən qarşılaşmada texniki zonadan qovulan mütəxəssisə ağır cəza kəsib.

Matçda təhqiredici hərəkətə görə qırımızı vərəqə alan köməkçi məşqçi 5 oyunluq diskvalifikasiyaya məruz qalıbsa, klub 4000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu 2:2 hesabı ilə başa çatıb.