17:42 05-05-2021
news_image
170
FUTBOL

“İngiltərə finalı görəcəyik” – Çempionlar Liqası proqnozu

İngiltərə millisinin sabiq futbolçusu Maykl Ouen Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi” ilə “Real” arasında bu gün keçiriləcək cavab matçına proqnoz verib.

Apasport.az saytının məlumatına görə, “Liverpul”un əfsanəvi forvardı həmyerlilərini bu cütlükdə şansı hesab edir.

Vaxtilə “Real”ın formasını geyinmiş Ouen “Çelsi”nin favorit olduğunu düşünür: “Tomas Tuxelin komandasının çox güclü olacağı bir oyun gözləyirik. Səfərdə bir qol vurublar və evdə buraxmamaq üçün hər şeyi edəcəklər. Üstəlik, son vaxtlar müdafiədə etibarlı olmayan “Real” müdafiəsini cəzalandırmaq şansı olacaq. Düşünürəm ki, “Çelsi” irəliləyəcək və son üç ildə ikinci dəfə Çempionlar Liqasında İngiltərə finalı görəcəyik”.

Qeyd edək ki, “Çelsi” – “Real” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Madriddəki ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.