11:11 12-05-2021
news_image
229
FUTBOL

Şir balası, hörümçək, Taysonun pələngi, Oveçkinin qoyunu - qeyri-adi sevgilər

Bütün insanlar kimi idmançıların da heyvanlara sevgi ilə yanaşması təbiidir.

Apasport.az saytının məlumatına görə, bəzi tanınmış atletlərin bu sevgisi isə qeyri-adiliyi ilə seçilir.

Söhbət onların seçimindən gedir. Məşhurlar bəzən elə canlılara bağlanıb ki...

Şir balası
Rusiyalı gimnast Darya Spiridonova 22 yaşında aldığı hədiyyəni çətin unutsun. Həyat yoldaşı üçqat dünya çempionu Nikita Naqornı ona şir balasını hədiyyə verib.

Taysonun pələngi
Əfsanəvi boksçu Mayk Taysonun Keniya adlı dişi pələngi saxlaması isə hamıya bəllidir. Dostunun hədiyyə verdiyi 4 pələng balasından birinə bağlanan boksçu heyvan üçün “müəllim” tutub, xüsusi yer də hazırlayıb. Lakin təsadüfi qonaqlardan birinin əlini parçalayan pələngi satmağa məcbur qalıb.

Oveçkinin qoyunu
Rusiyalı hokkeyçi Aleksandr Oveçkinə 30 illik yubileyində qoyun veriblər. O da heyvanı valideynlərinin bağına yollayıb. Az keçmədən qoyun balalayaraq artım verib.

Köpəkbalığını da sevərlərmiş
Qalmaqallı basketbolçu Gilbert Arenas MBA-da oynadığı vaxt 3,5 milyon dollara aldığı evdə xüsusi akvarium hazırladıb. O, burada köpəkbalıqlarını saxlayıb. O, su heyvanlarına ayda 6,5 min dollar xərcləyib. Lakin karyerasını bitirdikdə akvariumu içindəkilərlə birlikdə satıb.

Balotellinin Superi
Qalmaqallı futbolçu Mario Balotelli də seçimi ilə fərqlənib. O, “Super” adlandırdığı donuzu sevə-sevə evində saxlayıb.

Məşqçinin "pişikləri"
Cüdo məşqçisi Konstantin Filosofenko Daşa adlı dişi leoparda bağlanıb. Sonradan mütəxəssis bir cüt pumaya üstünlük verib.

Pişikdən qorxan dəvə istədi
MBA-nın ulduzlarından olmuş Karmelo Entoni pişiklərdən qorxur. Bu üzdən o, evində kiçik heyvan saxlamağa ehtiyac görmür. Əvəzində dəvə almağı lazım bilib.

Hörümçək
Belarus millisi və Rusiya “Arsenal”ındakı çıxışları ilə tanınan Maksim Volodko isə evində saxlamağa zəhərli hörümçək tapıb. Futbolçu ad gününə aldığı hədiyyəni canlı tarakanlarla qidalandırıb. Lakin bundan doymayan canlı ölüb.