10:36 06-05-2021
news_image
705
FUTBOL

Türkiyə çempionu üçün həyəcan təbili – “Çelsi” ÇL-i qazansa...

“Çelsi”nin Çempionlar Liqasında (ÇL) finala yüksəlməsi Türkiyə klublarını çətin duruma salıb.

Apasport.az-ın fotomac.com.tr saytına istinadən məlumatına görə, London təmsilçisinin qitənin ən nüfuzlu klub turnirini qazanması Türkiyə çempionunun növbəti mövsüm birbaşa qrup mərhələsindən başlamasının önünü kəsə bilər.

Bunun üçün Tomas Tuxelin komandası ÇL-i qazanmalı, İngiltərə Premyer Liqasında isə ilk “dördlüy”ə düşməməlidir. Belə olarsa, Super Liqa çempionu mübarizəyə pley-off mərhələsindən start götürəcək. Bu səbəbdən türkiyəlilərə turniri qazanan komandanın Premyer Liqada da ilk “dördlük”də qərarlaşması şərtdir.

Qeyd edək ki, Avropa Liqasının da qalibi olacaq komanda öz ölkəsindən ÇL-ə vəsiqə əldə etsə, Fransa çempionatının 3-cüsü birbaşa turnirin qrup mərhələsindən başlayacaq.