11:30 06-05-2021
news_image
422
FUTBOL

Tyaqo Silvanın müqaviləsi uzadılır – “Çelsi”də

İngiltərənin “Çelsi” klubu futbolçusu Tyaqo Silva ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi braziliyalı müdafiəçini heyətində saxlamağa qərar verib.

36 yaşlı arxa xətt oyunçusunun hazırkı müqaviləsi bu ilin yayında başa çatacaq. Lakin həm baş məşqçi Tomas Tuxel, həm də klub rəhbərliyi təcrübəli futbolçunu əldən buraxmaq niyyətində deyil.

Tyaqonun çıxışından razı olan Premyer Liqa təmsilçisi onunla anlaşmanı daha bir il müddətinə uzatmağa yaxındır. Artıq “Çelsi” yeni anlaşmanın detallarını hazırlamağa başlayıb.