14:00 06-05-2021
news_image
127
FUTBOL

Transferə çıxarıldı - Azar

İspaniyanın “Real” klubu futbolçusu Eden Azarı transferə çıxarıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi Belçika millisinin futbolçusunun Çempionlar Liqasının yarımfinal mərhələsinin “Çelsi” ilə cavab oyunundan sonrakı hərəkətlərindən narazı qalıb. 

O, 0:2 hesablı məğlubiyyətdən sonra vaxtilə şərəfini qoruduğu London təmsilçisinin üzvləri ilə deyib gülərək zarafatlaşıb. Klub rəhbərliyi onun satışı üçün qənaətbəxş təklif gözləyir. Belə təklif olarsa, Azar transfer olunacaq.

Qeyd edək ki, Eden 2019-cu ilin yayında “Çelsi”dən 89 milyon avroya transfer olunub.