16:59 07-05-2021
news_image
69
FUTBOL

ÇL tarixində 300-ə çatanlar - “Çelsi” 6-cı oldu

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab matçında “Real” üzərində 2:0 hesablı qələbə qazanan “Çelsi” adını finala yazdırmaqla yanaşı, turnir tarixindəki qol sayını da 300-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 300 qol səddinə çatan 6-cı komanda olub.

“Zadəganlar” 5-ci pillədəki “Yuventus”dan 24 top geri qalır. Siyahıya isə turnirin ən çox qalibi olan “Real” başçılıq edir.

ÇL tarixində 300-dən çox qol vuran klublar:
1. “Real” (İspaniya) - 586 qol
2. “Barselona” - 535 qol
3. “Bavariya” - 527 qol
4. “Mançester Yunayted” - 388 qol
5. “Yuventus” - 324 qol
6. “Çelsi” - 300 qol