14:53 06-05-2021
news_image
124
FUTBOL

Sərgən Yalçının aqibəti bəlli oldu – prezident açıqladı

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçının taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, İstanbul klubunun prezidenti Ahmet Nur Çebi 49 yaşlı mütəxəssislər yollarını davam etdirəcəklərini açıqlayıb.

“Ağ-qaralar”ın rəhbəri hətta Super Liqa çempionu olmasalar belə, fikirlərini dəyişdirməyəcəklərini deyib: “Biz Sərgənlə qısamüddətli müqavilə bağlamamışıq. Sərgən çətin insandır, hər kəs onunla çalışa bilməz. Amma burada önəmli işlər görür. Super Liqada hansı yeri tutmağımızdan asılı olmayaraq, onunla yollarımızı davam etdirəcəyik”.

Qeyd edək ki, Sərgən Yalçın ötən ildən “Beşktaş”ı çalışdırır. Onun rəhbərliyi altında Super Liqada 1-ci pillədə qərarlaşan “ağ-qaralar” Türkiyə kubokunda da finala yüksəlib.