15:05 06-05-2021
news_image
102
FUTBOL

Kursa qatıldı - Premyer Liqa klublarının baş məşqçiləri

AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”da UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib.

Apasport.az xəbər verir ki, kursa Aslan Kərimov rəhbərlik edir.

Kursa qatılanlar arasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev, onun “Keşlə”dəki həmkarı Sənan Qurbanov, köməkçisi Zaur İsmayılov, “Turan Tovuz”un baş məşqçisi İlham Yadullayev və “Neftçi”nin keçmiş çalışdırıcısı Füzuli Məmmədov da var.

I modulun növbəti mərhələsi 20-22 mayda keçiriləcək.