15:50 06-05-2021
news_image
1419
FUTBOL

“Neftçi”nin futbolçusunu Almaniyaya göndərə bilər - “Başakşəhər”

“Neftçi”nin müdafiəçisi Mərt Çelik Azərbaycanı tərk edə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 21 yaşlı mərkəz müdafiəçisinin karyerasını Almaniyada davam etdirmək variantı yaranıb.

Müqavilə ilə “Başakşəhər”ə məxsus olan gənc oyunçu 2022-ci ilin yayına qədər icarə əsasında “Neftçi” ilə sözləşmə imzalasa da, komandadakı durumundan məmnun deyil. “Ağ-qaralar”da ehtiyat oyunçular skamyasına məhkum olan U-21 millimizin üzvü Bundesliqa II təmsilçisi “Fortuna”nın maraq dairəsinə düşüb. Hazırda Bundesliqaya vəsiqə uğrunda mübarizə aparan Düsseldorf klubu müdafiəçinin transferi üçün “Başakşəhər”ə müraciət edəcək.

Ancaq keçidin reallaşması üçün “Neftçi” birillik icarə müqaviləsinə xitam verməlidir. Mərt özü flaqmandakı durumundan narahat olduğundan, komandasını dəyişməyin əleyhinə deyil.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 11 oyunda 1 qol vuran Mərt Çelik ötən il Millətlər Liqasında Lüksemburqla səfər matçında (0:0) Azərbaycan millisinə çağırılmış və ehtiyatda oturmuşdu.