16:47 06-05-2021
news_image
136
FUTBOL

“Barselona”dan gedir – “Çelsi” və “İnter”dən təklif

İspaniyanın “Barselona” klubu futbolçusu Miralem Pyaniçlə yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, bosniya və herseqovinalı yarımmüdafiəçinin bu yay transfer dövründə La Liqa təmsilçisini tərk edəcəyi gözlənilir.

Artıq iki klub Pyaniçlə bağlı sorğu da göndərib. Bunlar “Çelsi” və “İnter”dir. Hər iki klub yarımmüdafiəçinin potensialından faydalana biləcəyini düşünür.

Miralem isə Kataloniya təmsilçisində qalmaqda maraqlıdır. O, özünü göstərmək üçün şans qazanacağına ümidini itirməyib.

Qeyd edək ki, futbolçunun yüksək maaşı meydanda çox az vaxt keçirməsi ilə uyğun gəlmir. Bu üzdən də klub rəhbərliyi də onu satmağın əleyhinə deyil.