19:38 06-05-2021
news_image
184
FUTBOL

“Qalatasaray”ın prezidentliyinə namizəd olmayacaq - Mustafa Cengiz

“Qalatasaray” klubunun başqanı Mustafa Cengiz növbəti seçkilərdə başqanlığa namizəd olmayacağını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, M. Cengiz növbədənkənar prezident seçkilərində namizəd olmamaq barədə qərar verdiyini bəyan edib.

Qeyd edək ki, “Qalatasaray”da növbədənkənar seçkilər mayın 22-nə təyin olunsa da, pandemiya səbəbindən təxirə salınıb. Seçkilərin iyun ayında keçiriləcəyi gözlənilir.