19:41 06-05-2021
news_image
245
FUTBOL

Çempion oldu - “Neftçi”

Futbol üzrə Azərbaycan I Divizionun 2020/2021-ci illər mövsümündə sona 2 tur qalmış qızıl medalların sahibi müəyyənləşdi. 

Apasport.az saytının məlumatına görə, Türk Hava Yolları Futbol Mərkəzində “Kəpəz”i qəbul edən “Neftçi-2” 1:0 qalib gələrək ən yaxın izləyicisi olan “Zaqatala” ilə xal fərqini 11-ə yüksəldib və çempionluğu rəsmiləşdirib.

Qeyd edək ki, Mahmud Qurbanovun komandası cari mövsümdə keçirdiyi 25 görüşdə 19 qələbə, 4 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb.