13:07 07-05-2021
news_image

Yığmamız 1 medalla bitirdi - "Böyük dəbilqə"ni

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi üçün yarış artıq başa çatıb.

Turnirin son günündə bir idmançımız tatami üzərinə çıxıb. Ən ağır çəkidə mübarizə aparan Camal Feyziyev yarışı mükafatsız başa vurub. Bununla da Azərbaycan yığmasının turnirdəki qazancı bir bürünc medaldan ibarət olub.

Kişilər
+100 kq

Camal Feyziyev yarışa 1/16 finaldan başlayıb. Marius Fizeli (Slovakiya) məğlub edən cüdoçumuz ikinci qarşılaşmasında braziliyalı Rafael Silvaya uduzub. 

Qeyd edək ki, yarışa 10 cüdoçu ilə qatılan Azərbaycan yığması ilk iki gündə bir medal qazanıb. Murad Fətiyev (81 kq) 3-cü yerin sahibi olub.