17:20 07-05-2021
news_image
617
TOP OYUNLARI

Yığmamız məğlubiyyətlə başladı - AVRO-2021-ə

Kişi voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsinin F qrupunda mübarizəyə start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da yer aldığı qrupda ilk matç keçirilib.

Oyunları Gürcüstanda keçirilən I dövrə millimizin Monteneqro ilə qarşılaşması ilə başlayıb. Baş məşqçi əvəzi Pərviz Səmədovun yetirmələri Balkan təmsilçisi önündə aciz qalıb. İlk iki setdə uduzduqdan sonra 3-cü hissədə qalib gələn millimiz oyunda dönüş yaratmağa çalışsa da, buna nail olmayıb. Nəticədə dörd setdə uduzan yığmamız aktivinə xal yaza bilməyib – 1:3.

F qrupunda turun digər oyunu da bu gün keçiriləcək. Gürcüstan Yunanıstanı sınağa çəkəcək.

Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunda 1-ci yeri tutan komandalar, həmçinin ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik 5 yığma dörd ölkədə təşkil olunacaq AVRO-2021-ə yüksələcək. 

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
I tur, 7 may
15:30. Azərbaycan – Monteneqro - 1:3 (23:25, 21:25, 25:21, 15:25)
Hakimlər:
Dobromir Dobrev (Bolqarıstan), Erdal Akıncı (Türkiyə)
Tbilisi. Yeni Voleybol Arenası