10:02 07-05-2021
news_image
107
AVRO-2020

Ronaldonun mütləq rekordu – AVRO-2020-yə doğru

Avropa çempionatları tarixinin ən çox final turnirində qol vuran futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ən azı üç final mərhələsində qol vuranları müəyyənləşdirib.

Mütləq rekord Kriştiano Ronaldoya məxsusdur. Portuqaliyalı 4 müxtəlif turnirdə rəqib qapısına yol tapıb. O, qarşıdakı AVRO-2020-də bu rəqəmi 5-ə çatdıra bilər.

Yeddi futbolçu üç final mərhələsində fərqlənib. Onlar arasında yer alan Zlatan İbrahimoviç də AVRO-2020-də göstəricisini yaxşılaşdırmaq imkanına malikdir.

futbolçu

komanda

say

turnirlər (qollar)

Kriştiano Ronaldo 

Portuqaliya

4

2004 (2), 2008 (1), 2012 (3), 2016 (3)

Yurgen Klinsmann 

Almaniya

3

1988 (1), 1992 (1), 1996 (3)

Vladimir Şmitser

Çexiya

3

1996 (1), 2000 (2), 2004 (1)

Nuno Qomes 

Portuqaliya

3

2000 (4), 2004 (1), 2008 (1)

Tyerri Anri

Fransa

3

2000 (3), 2004 (2), 2008 (1)

Zlatan İbrahimoviç

İsveç

3

2004 (2), 2008 (2), 2012 (2)

Helder Postiqa

Portuqaliya

3

2004 (1), 2008 (1), 2012 (1)

Ueyn Runi

İngiltərə

3

2004 (4), 2012 (1), 2016 (1)