10:28 07-05-2021
news_image
97
FUTBOL

“Onlar çox təhlükəlidir” - Canni de Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Çempionlar Liqasının finalı barədə fikir bildirib.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində həlledici görüşə vəsiqə əldə edən “Çelsi” və “Mançester Siti”nin şanslarını dəyərləndirib.

O, London klubunun çalışdırıcısı Tomas Tuxelin orada qısa müddətdə böyük işlər gördüyünü söyləyib: “Çelsi” çox təhlükəlidir. Proqnoz mənim üçün açıq görünmür, bu dəfə əvvəlkilərdən daha çətindir. Tuxel 90 gündən az bir müddətə uyğunlaşmağı bacardı, gənc futbolçulara özünəinam aşıladı. Digər tərəfdən “Mançester Siti” də ulduzlardan ibarət komandadır, ancaq problem yaşaya bilər”.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü mayın 29-da İstanbulda keçiriləcək.