10:31 07-05-2021
news_image
121
AVRO-2020

AVRO-2020: Kubok Azərbaycanı gəzir – FOTOSESSİYA

İyunun 11-də Romada start götürəcək AVRO-2020-nin əsas mükafatı olan “Anri Delone” kuboku Avropanı səyahətini davam etdirir.

Apasport.az saytının məlumatına görə, kubokun Budapeştdən sonra ikinci dayanacağı Bakıdır.

Bu mükafat artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub. Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq.

Turun əsas məqsədi ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdır. Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət edəcək.

Qeyd edək ki, Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.