12:42 07-05-2021
news_image
87
FUTBOL

80 milyon avro - “Real”dan təklif

Serbiya millisinin futbolçusu Sergey Milinkoviç-Saviç karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, İtaliya “Latsio”sunun yarımmüdafiəçisinin xidmətində “Real” maraqlıdır.

Madrid təmsilçisi orta sahə oyunçusunu yay transfer dövründə heyətinə qatmaq istəyir. “Kral klubu” 26 yaşlı futbolçu üçün 80 milyon avro təklif edir.

Qeyd edək ki, Sergeyi İtaliya “İnter”i də heyətində görmək istəyir.