11:26 09-05-2021
news_image
614
FUTBOL

Tarixin ən yaxşı futbolçuları - İtaliyada

İtaliya futbol tarixinin ən yaxşı 20 futbolçusunun adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırma zamanı oyunçuların karyeraları ilə yanaşı, “Skuadra Adzurra”nın heyətində dünya və Avropa çempionatlarındakı çıxışlarına da diqqət yetirilib.

Dördqat dünya çempionlarında bütün dövrlərin ən yaxşısı “Milan”ın əfsanəvi müdafiəçisi Franko Barezi seçilib. Onu əzəli rəqib “İnter”in unudulmaz hücumçusu Cüzeppe Meatsa izləyib. İlk “üçlüy”ü “Milan”ın daha bir sabiq müdafiəçisi Paolo Maldini qapayıb.

İtaliya futbol tarixinin ən yaxşıları:
1. Franko Barezi
2. Cüzeppe Meatsa
3. Paolo Maldini
4. Paolo Rossi
5. Roberto Bacco
6. Canluici Buffon
7. Dino Zoff
8. Andrea Pirlo
9. Canni Rivera
10. Cüzeppe Berqomi
11. Luici Riva
12. Fabio Kannavaro
13. Cennaro Qattuzo
14. Yakinto Fakketti
15. Alessandro del Pyero
16. Silvio Piola
17. Daniele de Rossi
18. Demetrio Albertini
19. Françesko Totti
20. Alessandro Nesta