14:25 07-05-2021
news_image
116
FUTBOL

Yeni mövsümün start vaxtı dəqiqləşdi - Premyer Liqada

İngiltərə Premyer Liqasında yeni mövsümün start vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

2021/22 mövsümü avqustun 14-də başlayacaq. Yarış 2022-ci il mayın 22-də başa çatacaq.

380 oyunun keçiriləcəyi yarışın tam təqvimi iyunun 16-da açıqlanacaq.