14:13 09-05-2021
news_image
251
DİGƏR NÖVLƏR

Zədələr üzündən karyerasını bitirən gözəl - FOTOSESSİYA

Karyerasını erkən başa vurmalı olan rusiyalı tennisçi Sofiya Juk özündən söz etdirib.

Apasport.az saytının məlumatına görə, idmanla vidalaşdıqdan sonra model olmağa üstünlük verən gözəlçə yaxtadakı şəkillərini paylaşıb.
 
ABŞ-ın Florida ştatındakı Mayami Biç yaxınlığında istirahətə vaxt tapan Juk paylaşımında öz gözəlliyini nümayiş etdirib. Bir il əvvəl xroniki zədələrdən bezərək tennisi tərk edən Sofiya artıq idman barədə deyil, istirahət barədə düşünür.

Qeyd edək ki, daim belindəki zədələrdən əziyyət çəkən Jukun ən böyük uğuru Uimbldonun yeniyetmələr yarışında qələbəsidir.