15:17 22-08-2008
news_image
365
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada təşkil olunan beynəlxalq turnirə qatılıb

Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün İspaniyanın Barselona şəhərində beynəlxalq şahmat turniri start götürür. “APA-Sport” agentliyinin məlumatına görə, 10-cu dəfə təşkil olunan yarışın iştirakçıları arasında Azərbaycan şahmatçısı Namiq Quliyev də var. Püşkə əsasən, qrossmeysterimiz I turda Xuan Riberanı (İspaniya) sınağa çəkəcək. Avqustun 31-də başa çatacaq turnirin qalibi 2500 avro qazanacaq.