17:31 07-05-2021
news_image
140
FUTBOL

Klublar Komitəsinin iclasında nə müzakirə olunub? – Rəfiyev açıqladı

Bu gün Bakı Olimpiya Stadionunda keçirilən Klublar Komitəsinin (KK) növbəti iclasında iki məsələ müzakirə olunub.

Bunu apasport.az saytına komitə sədri Riad Rəfiyev deyib.

“Sumqayıt” klubunun prezidenti toplantıda hər hansı bir qərar qəbul olunmadığını əlavə edib: “Müzakirə olunan ilk məsələ əsgərlik yaşına çatan gənc futbolçuların taleyi ilə bağlı oldu. Həmçinin birinci divizionda limitlə bağlı fikir mübadiləsi aparıldı. Hər klub nümayəndəsi öz fikrini bildirdi. Konkret qərar qəbul olunmadı. Növbəti iclasda bunlara yenidən baxılacaq və qərar qəbul ediləcək”.

Qeyd edək ki, Klublar Komitəsinin iclasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak edib.