17:55 07-05-2021
news_image
150
FUTBOL

Halandla Lukaku alınmasa, Salahı transfer edəcək – “Çelsi”

Misir millisinin və İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah karyerasını Premyer Liqanın digər təmsilçisində davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, afrikalı hücumçu “Çelsi”nin transfer siyahısında yer alıb.

London təmsilçisi 28 yaşlı forvarda ehtiyat variant kimi baxır. “Çelsi” hücum xəttində prioritet Erlinq Halandla Romelu Lukakudur. Bu transferlər baş tutmasa, Salahın keçidi reallaşa bilər.

Qeyd edək ki, Salahın transfer hüquqları 2014-16-cı illərdə də “Çelsi”yə məxsus olub. Lakin həmin vaxt futbolçu icarə əsasında “Fiorentina” və “Roma”da oynayıb.