20:43 07-05-2021
news_image

Lazımsız bürünc – güləşçimizdən

Azərbaycan sərbəst güləşçisi Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat turnirini medalla başa vurub. 

Apasport.az saytının məlumatına görə, yarışda finala çıxa bilmədiyi üçün Tokio-2020-yə lisenziya şansını itirən idmançı bürünc mükafata yiyələnib. 

86 kq çəki dərəcəsində mübarizə aparan Abakarov 3-cü yer uğrunda görüşdə Tapani Heynoya (Finlandiya) 8:3 hesabı ilə qalib gəlib. 

Ondan fərqli, yarımfinalda uduzan digər güləşçimiz - Georgi Edişeraşvili (57 kq) zədələndiyi üçün bürünc medal görüşünə də çıxmayıb.