09:09 08-05-2021
news_image
215
FUTBOL

Messi və Ronaldonun həsəd apardığı rekordçular - ADLAR

Futbolçuların klub səviyyəsindəki turnirlərdə qələbə əmsalı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəl 2020-ci ildən sonrakı dövrdə keçirdiyi oyunlarda qələbə faizlərinə əsasən tərtib olunub.

Siyahıda “Barselona”nın müdafiəçisi Ronald Arauxo başçılıq edir. Meydana çıxdığı 26 matçdan 22 qələbə görən futbolçu 84,6 faizində sevinib.

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodendə bu rəqəm 83,3 faiz təşkil edir. O, 66 görüşdən 55-də qalib komandada yer alıb.

İlk “üçlüy”ü onun komanda yoldaşı Aleksandr Zinçenko qapayır. Ukraynalı 58 matçda 48 qələbə görüb. Onun qələbə əmsalı 82,8 faiz təşkil edir.

“Barselona”nın ulduzu Lionel Messi yalnız 18-cidir. 517 oyundan 383-də qələbə sevinci yaşayan argentinalı 74,1 faiz uğur qazanıb.

Portuqaliyalı Kriştiano Ronaldo 582 qarşılaşmada 415 qələbənin sevincini yaşayıb. 71,3 faizlik göstəriciyə malik ulduz yalnız 35-cidir.