13:52 08-05-2021
news_image
89
FUTBOL

Kapitanını yenidən itirdi – “Real”

“Real” kapitanı Serxio Ramosu növbəti dəfə itirib.

Apasport.az xəbər verir ki, bu barədə “kral klubu” rəsmi saytı vasitəsilə məlumat verib.

Bildirilib ki, 35 yaşlı mərkəz müdafiəçisi klubun tibbi heyəti tərəfindən müayinədən keçirilib. Test zamanı Ramosun sol ayaq əzələsində zədə aşkarlanıb. Onun nə zamana qədər sıradan çıxdığı barədə məlumat verilməyib.

Qeyd edək ki, “Real” La Liqanın XXXV turunda sabah “Sevilya”nı qəbul edəcək.